“Yuventus” amerikalını buraxmaq istəmir

  • Bu gün, 15:11

"Yuventus" Veston Makkenini buraxmaq niyyətində deyil.

Sportlife.az "Tuttomercato"ya istinadən xəbər verir ki, "qoca sinyora" yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.

Klub maliyyə məsələsində Makennini razı salarsa, müqavilə müddəti artırılacaq.

O, 2026-cı il iyunun 30-na qədər "Yuventus"a məxsusdur. ABŞ-dan olan futbolçu əvvəllər "Şalke", "Lids" klublarında da oynayıb.


Paylaş: