"Zirə" Sadıqovla 100-ə çatdı

  • Bu gün, 10:24

“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 100-cü qələbəsini əldə edib.
Sportlife.az xəbər verir ki, bu, “Karvan-Yevlax”la qarşılaşmaya təsadüf edib.
Komanda Azərbaycan Premyer Liqasının XX turunun ev görüşündə 1:0 hesabı ilə qalib gəlib. Rəşad Sadıqovun rəhbərliyi ilə 220-ci sınağa çıxan kollektiv 100-cü dəfə qələbəyə sevinib.
Bunlardan 82-si Premyer Liqa, 14-ü ölkə kuboku, 4-ü avrokuboklara təsadüf edib.

Paylaş: