“Bayern” “Qalatasaray”ın hücumçusunu istəyir

  • Bu gün, 12:28

"Bayern"in heyətini gücləndirmək üçün növbəti hədəfini müəyyənləşdirib.

Sportlife.az xəbər verir ki, Münhen klubu "Qalatasaray"ın hücumçusu Victor Osimhenlə maraqlanır. 

Bildirilir ki, nigeriyalı forvard “Bavariya”nın hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirilir. Klub rəhbərliyi onun mümkün transferini dəyərləndirir və vəziyyətin inkişafını diqqətlə izləyir.

27 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 22 oyunda 15 qol vurub və 9 məhsuldar ötürmə edib. 


Paylaş: