Vüsal Superliqada qol vurdu

  • Bu gün, 11:26

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi “Partizani” Albaniya Superliqasında XXIV tur oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, komanda evdə “Tirana” ilə qarşılaşıb.

“Partizani” bu oyunda 2:0 hesablı qələbə qazanıb. İsgəndərli meydana start heyətində çıxıb. Yarımmüdafiəçi 37-ci dəqiqədə komandasının 2-ci qolunu vurub və 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Partizani” 33 xalla 5-ci yerdədir.


Paylaş: