Neymar ilə assistlə başladı

  • Bu gün, 12:07

"Santos" Paulista Çempionşipinin VIII turunda evdə "Velo" klubunu 6:0 hesabı ilə məğlub edib.

Sportlife.az xəbər verir ki, qollardan 2-sini Qabi, digərlərini Moyses, Tasiano, Qabriel Menino və Benjamin Rolhayzer vurublar.

"Santos"un hücumçusu Neymar məhsuldar ötürmə ilə yadda qalıb. Bu, onun 2026-cı ildə ilk oyunu olub. 34 yaşlı braziliyalı diz əməliyyatından sonra 10 matçı buraxmışdı.


Paylaş: