TT "Şamaxı"ya, lider "Qəbələ"yə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.
Sportlife.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Şamaxı” öz meydanında “Turan Tovuz”u qəbul edəcək. Şamaxı şəhər stadionundakı görüş saat 14:30-da başlayacaq. Turnir cədvəlində Tovuz təmsilçisi 33 xalla 4-cü, Şamaxının eyniadlı klubu 23 xalla 8-cidir.
Turun bağlanış oyunu “Qəbələ” və “Sabah” komandaları arasında olacaq. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək. Hazırda Bakı klubu 46 xalla turnir cədvəlinə başçılıq edir. 14 xalı olan “qırmızı-qaralar” isə 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a, “Araz-Naxçıvan” “Sumqayıt”a 1:0, “Neftçi” isə “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib.