"Zirə" 3 xalı 1 qolla qazandı
Azərbaycan Premyer Liqasının XX turunda "Zirə" "Karvan-Yevlax"ı məğlub edib.
Sportlife.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 20-ci dəqiqədə Davit Volkov rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran Bakı klubu turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 6 xala malik Yevlax komandası isə sonuncu - 12-ci yerdədir.
Qeyd edək ki, turun açılış matçında "Qarabağ" səfərdə "İmişli"ni 1:0 hesabı ilə məğlub edib. XX tura fevralın 16-da yekun vurulacaq.