Azərbaycan boksunda gizli püşkatma mübahisəsi

  • Bu gün, 19:06

Gənclər arasında keçirilən boks üzrə Azərbaycan çempionatında püşkatmanın qapalı keçirildiyi iddia olunur.

Bu barədə Sportlife.az-a açıqlamasında boksçu Baqir Əmirxanlının atası Şahin Əmirxanov məlumat verib.

O qeyd edib ki, püşkatmada məşqçilərin heç biri iştirak etməyib və nəticələr sonradan açıqlanıb:

“Püşkatma gizlin keçirilib. Buna əsaslarım var. Bəzi məşqçilər bunu dilə gətirməyə qorxurlar. Püşkatma şəffaf keçirilməlidir. Əvvəllər belə olurdu. İndi hansısa səbəblərə görə püşk bəzi boksçuları əlverişli qruplara salıb. Bu da ədalət prinsipinin pozulması deməkdir”.

Məsələ ilə bağlı Boks Federasiyasının mövqeyi belə olub:

“Yarışın Təşkilat Komitəsinə hansısa şikayət daxil olmayıb. Əgər olarsa, araşdırılacaq”.


Paylaş: