“Avrokuboklar uğrunda mübarizə aparacağıq”

  • Bu gün, 19:32

"Rəqibi təbrik edirəm. Bu gün məğlub olmamalıydıq. Penaltidən qol buraxdıq. Hardasa bərabər səviyyəli oyun idi. Gərək ki, uduzmazdıq".

Sportlife.az xəbər verir ki, bu sözləri "Sumayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 20-ci turunun "Araz-Naxçıvan"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Bu gün "Sumqayıt" özünə bənzəmədi. Demək olar ki, "Zirə" ilə ardıcıl oyunların böyük təsiri oldu?

- Xeyr. Razı deyiləm. Hər üç oyunda da bərabər səvliyyəli oyun göstərmişik. Bəzən qalib gəlirsən, bəzən uduzursan. Futboldur da.

- Qarşıdakı üç oyununuz autsayder komandalara qarşı olacaq. Bu fürsətdən istifadə edərək, "Sumqayıt" turnir cədvəlində mövqeyini möhkəmləndirə bilər?

- Deməzdim ki, zəif komandalardır. "Qəbələ" səviyyəli komandadır, müəyyən nəticələri var. Asan oyun olacağı fikirləri ilə razı deyiləm.

- Komandaya son olaraq Sedrik Badolo gəldi. İstədiyiniz heyəti görürsüz?

- Badolo yeni oyunçudur. Hələ ki bir məşq keçib. Güclənməyimizə ehtiyac var. Hələ ki bu heyətlə davam edirik. Transfer pəncərəsi də bağlıdır.

- Bu mövsüm alınmasa, yeni mövsümdən komandada qalıb daha stabil heyətlə avrokuboklar uğrunda mübarizə aparacaqsız?

- İndi bu haqda danışmağın vaxtı deyil, tezdir. Qarşıda bizi çox çətin oyunlar gözləyir. Avrokuboklar uğrunda mübarizə aparacağıq.

- Mövsümün birinci hissəsində daha xoşbəxt Saşa İliç görürdük. İndi isə belə deyil. Bu nəticələrdən irəli gəlir?

- Xeyr. Həmişə pozitivəm. Amma komanda uduzursa, pozitivliyi qorumaq çətindir. Əsas odur ki, futbolçular meydanda keyfiyyətli oyun göstərsin. Uduzan komandanın baş məşqçisi kimi sevinməli bir şey görmürəm.


Paylaş: