Həbib ildə 46 milyon dollar qazanır

  • Bu gün, 13:08

Əfsanəvi UFC döyüşçüsü Həbib Nurməhəmmədov Rusiyadakı bütün bizneslərini ləğv edib.

Sportlife.az xəbər verir ki, o, hazırda Birləşmiş Ərəb Əmirliklərinə investisiya qoyur.

İddiaya görə, Nurməhəmmədov KHABIB GYM şəbəkəsini yaradıb və oradan illik 6 milyon dollara qədər qonorar əldə edir. Bundan başqa, "Gorilla FC"ni 1 milyon dollara satın alıb və adını "EAGLE FC" olaraq dəyişib. Onun BƏƏ-də illik gəlirinin təxminən 46 milyon dollar olduğu iddia olunur.

Həbib Nurməhəmmədov 29 MMA döyüşü keçirib və hamısında qalib gəlib, UFC-nin yüngül çəki üzrə çempionu olub. O, 2020-ci ildə karyerasını başa vurub.


Paylaş: