Flik hələ də özləyir

  • Bu gün, 17:36

"Barselona"nın baş məşqçisi Hansi Flik hələ də müdafiəçi Alessandro Bastoninin İtaliyanın "İnter" klubundan transferinə razılıq verməyib.

Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis hazırda müdafiəçinin bəzi texniki keyfiyyətlərini qiymətləndirir.

"İnter" 27 yaşlı oyunçu üçün təqribən 50-60 milyon avro təzminat tələb edir. "Transfermarkt" isə müdafiəçinin dəyərini 70 milyon avro olaraq qiymətləndirir.


Paylaş: