"Çelsi"dən "Barselona"ya

  • Bu gün, 15:53

"Çelsi"nin müdafiəçisi Uesli Fofana karyerasını İspaniyada davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, "Barselona" futbolçunun transferində maraqlıdır.

Oyunçunun nümayəndələri bu yaxınlarda onun xidmətlərini Kataloniya klubuna təklif ediblər. İspaniya klubu qarşıdan gələn transfer pəncərəsi öncəsi müxtəlif ssenariləri araşdırır. 

"Çelsi" oyunçunun getməsinə qarşı deyil, lakin klub yalnız bonuslar xaric ən azı 30 milyon avro təklif alındığı təqdirdə transferi təsdiqləməyə hazırdır. Bu arada "Barselona" rəhbərliyi icarə müqaviləsini nəzərdən keçirir.


Paylaş: