Sabiq "Neftçi"li müharibədən qorxmur
“Neftçi”nin sabiq futbolçusu Yuri Matias Birləşmiş Ərəb Əmirliklərinindən (BƏƏ) ayrılmaq istəmir.
Sportlife.az xəbər verir ki, braziliyalı müdafiəçi yaxın şərqdəki hərbi gərginliyə baxmayaraq, “Ajman” klubunda qalmağı planlaşdırır.
O, BƏƏ təmsilçisi ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Qeyd edək ki, Yuri Matias Pro Liqada bu mövsüm 19 oyun keçirib. O, 2023-2025-ci illərdə ölkəmizdə “Neftçi”nin formasını geyinib.