Krauçdan "Liverpul"a məsləhət

  • Bu gün, 15:31

"Liverpul" və İngiltərə millisinin keçmiş hücumçusu Piter Krauç "mersisaydlılar"a bu yay b"Barselona" ilə müqaviləsi başa çatacaq Robert Levandovskini heyətə qatmağı təklif edib.

Sportlife.az xəbər verir ki, veteran forvard polşalı oyunçunun əla forvard olduğunu bildirib:

"Bu, ağıllı bir transfer olardı. Levandovski dünya səviyyəli oyunçudur. Onun transferi fantastik bir seçim olardı".

Bu mövsüm 38 yaşlı Levandovski "Barselona"nın heyətində 42 oyunda 18 qol vurub və 4 məhsuldar ötürmə edib.


Paylaş: