Alisson Turin yolunda

  • Bu gün, 11:47

İtaliyanın "Yuventus" klubu "Liverpul"un qapıçısı Alisson Bekkeri transfer etmək istəyir.

Sportlife.az xəbər verir ki, İtaliya klubu bu yay qolkiperi Turinə gətirmək üçün əhəmiyyətli vəsait ayırmağı planlaşdırır.

"Sambaçı"nın "Liverpul"la daha 1 illik müqaviləsi var. Hazırda zədəli olan Alisson 8 ilə yaxındır "Liverpul"da çıxış edir.

İddiaya görə, klub qolkiperin mümkün ayrılığı fonunda yeni qapıçı axtarışlarına start verib.


Paylaş: