Avtomobil yarışında faciə
Kolumbiyanın Popayan şəhərində keçirilən "Monster truck" avtoşousu zamanı faciə baş verib.
Sportlife.az xəbər verir ki, nəqliyyat vasitələrindən biri idarəetməni itirərək tamaşaçıların üzərinə çırpılıb. "El Tiempo"nun məlumatına görə, hadisə nəticəsində ən azı 3 nəfər ölüb, 38-dən çox insan isə ağır yaralanıb.
Polisin məlumatına görə, şou zamanı nəqliyyat vasitəsi sürətlənib və əyləc işə düşməyib, sonra isə tamaşaçı zonasına daxil olaraq dirəyə çırpılıb.