IOC-dan radikal qərar
Beynəlxalq Olimpiya Komitəsi (IOC) özünün xüsusi esports komissiyasının işini dayandırmaq qərarına gəlib.
Sportlife.az xəbər verir ki, təşkilat daxilində bir çox insan esportsun idman növü hesab edilməsinə qarşıdır. Yanvar ayında IOC prezidenti Kirsti Koventri esports komissiyasının üzvlərinə bu sahənin inkişafı ilə bağlı mövqelərinin yenidən nəzərdən keçirilməsini təklif edən məktub göndərib. O hesab edir ki, növbəti mərhələ qurumun ümumi strategiyasına uyğun daha əhatəli yanaşma tələb edir. Lakin IOC nümayəndələri komissiyanın işini "tamamlanmış" hesab edirlər.
2025-ci ilin oktyabr ayında Beynəlxalq Olimpiya Komitəsi ilk Esports Oyunlarına ev sahibliyi etmək üçün Səudiyyə Ərəbistanı ilə əldə etdiyi razılaşmanı ləğv edib. O zaman tərəflərin əməkdaşlığına son qoymaq barədə qarşılıqlı razılığa gəldikləri və öz esports ambisiyalarını fərqli yollarla həyata keçirmək niyyətində olduqları bildirilirdi.