Vinisius: "Zirvəyə qayıdacağıq"

  • Bu gün, 14:31

"Real"ın hücumçusu Vinisius İspaniya La Liqasının 34-cü turunda "Espanyol" üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edib.

Sportlife.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesabında bunları yazıb:

"Ölənə qədər bu klubla. Mübarizə aparmağa davam edirik! Zirvəyə qayıdacağıq".

Qeyd edək ki, "Real" La Liqanın turnir cədvəlində 77 xalla 2-ci yerdədir. Komanda sona 4 tur qalmış "Barselona"dan 11 xal geridədir. Komandalar mayın 10-da "Kamp Nou"da qarşılaşacaqlar.


Paylaş: