"Bavariya" PSJ qarşısına yeni formalarla çıxacaq

  • Bu gün, 12:49

Almaniya çempionu "Bavariya" 2026/27 mövsümü üçün ev formasını təqdim edib.

Sportlife.az xəbər verir ki, Münhen komandasının "Adidas" şirkətindən olan yeni forması ənənəvi parlaq qırmızı tonlarda, nazik şaquli zolaqlarda, ağ detallarda və yaxalığında zərif qızılı haşiyələrdədir.

"Bavariya" yeni formanı ilk dəfə mayın 6-da Çempionlar Liqasının yarımfinal mərhələsinin 2-ci oyununda PSJ-yə qarşı geyinəcək.


Paylaş: