Pulişiçin yeni ünvanı Mançester ola bilər
“Milan”ın cinah oyunçusu Kristian Pulişiç İngiltərəyə qayıda bilər.
Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” amerikalı futbolçunu transfer etməkdə maraqlıdır. Oyunçunun müqaviləsinin vaxtının bitməsinə cəmi 12 ay qalıb və “Milan” ona yeni anlaşma təklif etməyib. “Qırmızı şeytanlar” da hələ ki, Pulişiç üçün rəsmi təklif verməyiblər, lakin yaxın aylarda danışıqlara başlamaq niyyətindədirlər.
Pulişiç daha əvvəl 2018/19 mövsümündə İngiltərədə “Çelsi”də çıxış edib və daha sonra “Milan”a transfer olunub. O, bu mövsüm Milan klubunun heyətində bütün yarışlarda 31 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.