8 illik "Barselona" keçmişi bəs etmədi

  • Bu gün, 13:24

"Barselona" klubu sabiq yetirməsi Mark Kukurellanın komandaya qayıtmaq istəyini geri çevirib.

Sportlife.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi "Çelsi"nin 27 yaşlı müdafiəçisini heyətinə cəlb etməyi planlaşdırmır. Beləliklə, Kukurella da sabiq komandasına qayıtmağa hazır olduğunu bildirsə də, rəhbərlikdən qəti şəkildə rədd cavabı alıb.

Xatırladaq ki, ispaniyalı futbolçu 2012-2020-ci illərdə "Barselona"da çıxış edib. O, Kataloniya klubundan ayrıldıqdan sonra "Xetafe", "Brayton" və hazırkı komandası "Çelsi"nin formalarını geyinib.


Paylaş: