Arteta: "Xəyalımız gerçəkləşdi"

  • Bu gün, 13:55

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə çempionatının 35-ci turunda "Fulhem" üzərində qazanılan qələbəni dəyərləndirib.

Sportlife.az xəbər verir ki, ispan mütəxxəsis düzgün istiqamətdə olduğlarını deyib:

"Bu qələbə bizə və soyunma otağımıza xəyalımızı yaşatdığımızı göstərir. İndi bu enerjini və bu inamı çərşənbə axşamına doğru aparmaq istəyirik və buna mütləq ehtiyacımız olacaq. Soyunma otağındakı atmosferə baxanda görürəm ki, düzgün istiqamətdə irəliləyirik".

Dünənki matç "topçular"ın 3-0 hesablı qələbəsi ilə başa çatdı. "Arsenal"ın heyətində Viktor Gyökeres 2 qol vurdu, Bukayo Saka isə 1 qol vurdu.

"Arsenal" 76 xalla Premyer Liqa turnir cədvəlinə başçılıq edir. Onlar ikinci yerdəki "Mançester Siti"dən 6 xal qabaqdadırlar, lakin "şəhərlilər"in ehtiyatda iki oyunu var.


Paylaş: