Axundzadə MLS-də növbəti matçına çıxdı
ABŞ-da MLS-in 11-ci turunun oyunları keçirilir.
Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolambus Kryu” “Minnesota”ya 2:3 hesabı ilə məğlub olub.
Axundzadə bütün qollar artıq vurulduqdan sonra, oyuna 81-ci dəqiqədə daxil olub.
“Kolambus Kryu” hazırda Şərq Konfransının turnir cədvəlində 12 xalla 9-cu yerdədir.