"İmişli" 3 xalı 1 qolla qazandı

  • Bu gün, 20:38

Azərbaycan Premyer Liqasında XXX turun daha 1 oyunu keçirilib.

Sportlife.az xəbər verir ki, günün 2-ci matçında "Araz-Naxçıvan" "İmişli" ilə üz-üzə gəlib.

Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma "İmişli"nin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 18-ci dəqiqədə Dioqo Kardozu vurub.

Qələbə sayəsində xallarının sayını 32-yə çatdıran qonaqlar 9-cu pillədə qərarlaşıb. Naxçıvan klubu 40 xalla 6-cı yerdədir.

Günün ilk matçında "Kəpəz" "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.


Paylaş: