Demçenko: "Öz taleyim də bəlli deyil"

  • Bu gün, 21:31

Azərbaycan Premyer Liqasının XXX turunun “Araz-Naxçıvan” – “İmişli” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib.

– “İmişli” bizdən daha istəkli idi. Qələbəyə “ac” futbolçular lazımdır – belə istəksiz oynamaq olmaz. Bu gün rəqibdən hansısa komponentdə üstün olduğumuzu deyə bilmərik. Alınmırsa, sona qədər döyüşmək lazımdır. “İmişli” daha çox mübarizə apardı və qələbə qazandı.

– Nə üçün futbolçular istəkli deyil?
– Çünki qələbəyə “ac” deyillər. Meydanda qalib gəlmək istəyənlər oynamalıdır.

– Komandada qalsanız, heyətin böyük hissəsini dəyişəcəksiniz?
– Hazırda bu haqda nəsə demək çətindir, çünki öz taleyim də bəlli deyil.


Paylaş: