"Liverpul"la vidalaşır, Türkiyəyə köçür

  • Bu gün, 16:33

Müdafiəçi Endryu Robertson cari mövsüm bitdikdən sonra “Liverpul”dan ayrılacaq.

Sportlife.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Fənərbaxça” şotlandiyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Türkiyə klubu 31 yaşlı futbolçuya rəsmi müqavilə təklif edib və onu bu yay azad agent kimi transfer etmək niyyətindədir.

Robertson 2017-ci ildə “Hall Siti”dən 9 milyon avroya “Liverpul”a keçib. Onun “qırmızılar”la müqaviləsinin müddəti 30 iyunda başa çatacaq. Müdafiəçi bu mövsüm bütün yarışlarda 34 oyunda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə verib. “Transfermarkt” Robertsonun dəyərini 10 milyon avro qiymətləndirir.


Paylaş: