Simeone üçün 1000-ci matç
İspaniya La Liqasının 34-cü turunda “Valensiya” ilə keçirilən görüş "Atletiko"nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
Sportlife.az xəbər verir ki, Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatan görüş Simeonenin karyerasındakı 1000-ci matçı olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Argentinalı mütəxəssis bu matçların 562-də qələbə qazanıb, 212-də uduzub.
Simeone “Atletiko”da 795, La Liqada isə 550 görüş keçirib. 56 yaşlı mütəxəssis 20 illik məşqçi karyerası ərzində 10 kubok qazanıb.