De Xeanın yeni ünvanı hara olacaq?
“Fiorentina”nın qapıçısı David de Xea mövsümün sonunda İtaliya klubu ilə yeni müqavilə bağlaya bilər.
Sprtlife.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun klubla müqaviləsinin müddəti 2028-ci ilə qədərdir, lakin onun gələcəyi qeyri-müəyyən olaraq qalır. “Fiorentina”nın nümayəndələri yaxın günlərdə oyunçunun agentləri ilə görüşərək, gələcək əməkdaşlıq haqda qərar verəcəklər.
Məlumata görə, İtaliyanın bəzi təmsilçiləri və xarici klublar da 36 yaşlı qolkiperi transfer etməkdə maraqlıdır.
David de Xea 2024-cü ilin yayından bəri “Fiorentina”da çıxış edir. O, bu mövsüm 43 oyunda meydana çıxıb və 55 qol buraxıb. Onun “transfermarkt”dakı qiyməti 3,5 milyon avrodur.