Kivu tarixə düşdü
"İnter"in baş məşqçisi Kristian Kivu 2010-cu ildən sonra A Seriyasında çempionluq qazanan ilk əcnəbi mütəxəssis olub.
Sportlife.az xəbər verir ki, rumıniyalı mütəxəssisə qədər bu uğura Joze Mourinyo imza atıb. Portuqaliyalı çalışdırıcı da məhz "İnter"i çempion edib.
Həmin vaxtdan bəri "Skudetto"nu yalnız italyanlar (Massimiliano Alleqri - 6), Antonio Konte - 5), Mauritsio Sarri - 1), Stefano Pioli - 1), Luçano Spalletti - 1) və Simone İnzagi - 1) qazanıblar.