Messinin "Formula 1" bolidində
"İnter Mayami"nin kapitanı Lionel Messi Mayami Qran-prisindən əvvəl ailəsi ilə birlikdə "Mercedes"in "Formula 1"dəki pit-stoplarını ziyarət edib.
Sportlife.az xəbər verir ki, ulduz futbolçu hətta yarışdan əvvəl pilot Kimi Antonellinin bolidində oturub.
Mayami Qran-prisinin qalibi də məhz Antonelli olub. Messi yarışdan sonra 19 yaşlı pilotu şəxsən təbrik edib.