Mövsümdə 4-cü dəfə zədələndi
"Real"ın sol cinah müdafiəçisi Ferlan Mendi İspaniya La Liqasının 34-cü turunda "Espanyol"la matçda zədələnib.
Sportlife.az xəbər verir ki, 30 yaşlı futbolçu 14-cü dəqiqədə Fran Qarsiya ilə əvəzlənib.
O, sağ kvadriseps əzələsindən zədə alıb. Bu, futbolçunun cari mövsümdə 4-cü zədəsidir.
Mendi 2025/26 mövsümündə "Real"ın heyətində bütün turnirlərdə cəmi 9 oyunda iştirak edib.