Halkın yeni klubu bilindi
"Atletiko Mineyro"dan ayrılan hücumçu Hulk karyerasını "Fluminense"də davam etdirəcək.
Sportlife.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizio Romano sosial mediada paylaşıb.
Mümkün transferin təfərrüatları hələlik açıqlanmayıb.
39 yaşlı hücumçu 2021-ci ilin fevral ayından "Atletiko Mineyro"da çıxış edirdi. Onun klubla müqaviləsi 2026-cı ilin sonuna qədər olsa da, tərəflər əməkdaşlığı erkən dayandırıblar.
Bu mövsüm braziliyalı "Atletiko Mineyro"da 22 oyun keçirib, beş qol vurub və üç məhsuldar ötürmə edib.