55 milyonluq futbolçu gedir

  • Bu gün, 13:37

"Mançester Siti"nin yarımmüdafiəçisi Teyani Reynders yay transfer pəncərəsində klubdan ayrıla bilər.

Sportlife.az xəbər verir ki, niderlandlı futbolçu əsas heyətdəki yerini itirib və bu, onun mümkün satışı ilə bağlı şayiələrə səbəb olub.

İddiaya görə, "Real" 27 yaşlı futbolçu üçün potensial klublarddn biridir. "Siti" yarımmüdafiəçi üçün təxminən 58 milyon avro tələb edir.

Reynders bu mövsüm Pep Qvardiolanın komandasında 45 oyun keçirib, yeddi qol vurub və səkkiz məhsuldar ötürmə edib. Ötən yay "Mançester Siti" oyunçunu "Milan"dan təxminən 55 milyon avroya alıb.


Paylaş: