Toralla yollar ayrılır
İspaniyanın "Vilyarreal" klubu baş məşqçisi Marselinyo Toralın cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Sportlife.az xəbər verir ki, onun klubla yayda başa çatacaq müqaviləsinin müddəti uzadılmayacaq.
Marselinyo Toral 2023-cü ilin noyabr ayından "Vilyarreal"a başçılıq edir. O, 2013-cü ildən 2016-cı ilə qədər də "Vilyarreal"da məşqçilik edib, daha sonra "Valensiya", "Atletik Bilbao" və "Marsel"də çalışıb.
La Liqa "Vilyarreal" 68 xalla turnir cədvəlinin üçüncü pilləsindədir.