Hakimlər otağından AFFA-ya mesaj

  • Bu gün, 15:14

Bir klub prezidenti hakimlər otağına girir. Etiraz edir. Səs-küy salır və əsəbi şəkildə çıxıb gedir...

"Kəpəz” – “Sumqayıt” oyunundan sonra Riad Rəfiyevin hakimlər otağına daxil olması təsadüfi davranışa oxşamadı. AFFA rəhbərliyinə bundan açıq mesaj? AFFA nümayəndəsinin gözü qarşısında rahatlıqla hakimlər otağına girib-çıxmaq nə deməkdir?

 Rəfiyev də bilir nə edir. O, bu oyunun içindədir. Qaydaları da bilir, olacaqları da. Amma yenə edir. Niyə? Çünki artıq qorxu yoxdu. Ya da qorxunun təsiri qalmayıb.

Son vaxtlar hamı danışır. Hakimlərdən, qərarlardan, sistemdən. Narazılıq gizlədilmir artıq. Hər şey artıq çılpaqlığı ilə ortadadır.

AFFA ətrafında yaranan gərginlik, ard-arda səslənən narazılıqlar, dağılmış hakimlik sistemi bir reallığı üzə çıxarır: federasiya vəziyyətə nəzarəti itirib, xaos dərinləşir.

Yəqin ki, Rəfiyevə çox sərt cəza veriləcək. Cəzalandırmaqla sistem düzələcəkmi?

Mirələm HƏSƏNLİ 


Paylaş: