Vernidub–Sako gərginliyini kim bitirdi?
"Neftçi”də Falaye Sako ilə bağlı diqqətçəkən hadisə yaşanıb.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, komandanın baş məşqçisi Yuri Vernidub malili futbolçunu əsas komandadan uzaqlaşdırmaq qərarı veribmiş. Buna "Neftçi"nin “Qarabağ”a 1:5 hesabı ilə uduzduğu oyundan öncə Sakonun meydana çıxmaqdan imtina etməsi səbəb olub.
Bildirilir ki, futbolçu özünü yaxşı hiss etmədiyini əsas gətirərək oynamaq istəməyib.
Məlumata görə, bundan narazı qalan baş məşqçi Sakoya komandasında yer olmadığını bildirib.
Mənbə bildirir ki, “Neftçi”nin idman üzrə müşaviri Kamil Məmmədov məsələyə müdaxilə edərək Vernidubun qərarını dəyişdirməsinə nail olub.
Nəticədə, Falaye Sako komandanın növbəti oyununda start heyətdə meydana çıxıb.