Rafinya "Barselona"da qalmaq istəyir
"Barselona"nın futbolçusu Rafinya bir neçə Səudiyyə Ərəbistanı komandasının marağına baxmayaraq, Kataloniya klubunda qalmaq istədiyini bildirib.
Sportlife.az xəbər verir ki, braziliyalı vinger həm oyunçuların, həm məşqçi heyətinin, həm də azarkeşlərin dəstəyini hiss etdiyi üçün digər klubların təkliflərini nəzərdən keçirmir.
Klub Rafinyanın qalmaq niyyətindən xəbərdardır və hazırda vəziyyəti daha ətraflı qiymətləndirmək üçün oyunçuya təkliflər gözləyir. Lakin Rafinya satışı prioritet olan oyunçular arasında deyil.
Bu mövsüm Rafinya bütün turnirlərdə 31 oyunda 19 qol vurub və 8 məhsuldar ötürmə edib.