"Neftçi"nin şikayəti təmin edilmədi

  • Dünən, 15:50

AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin futbolçusu Bassalu Sambu ilə bağlı apellyasiya şikayətini təmin etməyib.

Sportlife.az xəbər verir ki, AFFA İntizam Komitəsinin ingiltərəli hücumçu ilə bağlı çıxardığı 2 oyunluq cəza və 1500 manat cərimə qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bassalu Sambu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə cavab oyununun 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı.


Paylaş: