Həbib baxdı, "Çelsi" uduzdu
Keçmiş UFC yüngül çəki çempionu Həbib Nurməhəmmədov Premyer Liqanın 35-ci turunda "Çelsi" və "Nottinqem" arasında keçirilən matçda iştirak edib.
Sportlife.az xəbər verir ki, rusiyalı döyüşçü "Stemford Bric"də hazırda "Portu"da oynayan "Çelsi"nin keçmiş müdafiəçisi Tiaqo Silvanın da yer aldığı tribunadan matçı canlı izləyib.
Görüş londonluların 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. "Çelsi" 1993-cü ildən bəri ilk dəfə Premyer Liqada ardıcıl 6 məğlubiyyət alıb.