Premyer Liqa oyununda ciddi zədə
"Nottinqem"in futbolçusu Morqan Gibs-Uayt İngiltərə Premyer Liqasının 35-ci turunun "Çelsi" ilə oyununda ciddi zədə alıb.
Sportlife.az xəbər verir ki, 18 yaşlı vinger rəqibi ilə toqquşmadan sonra yerdə qalıb. Matçdan sonra onun alnına 15-ə yaxın tikiş atılıb.
Qeyd edək ki, görüş "Çelsi"nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.