"Qarabağ" "Ayaks"ın sabiq qapıçısı ilə maraqlanır

  • Bu gün, 11:25

"Qarabağ" Kiprin “Pafos” klubunun qapıçısı Cey Qorterlə maraqlanır.

Sportlife.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

İddiaya görə, 25 yaşlı qolkiper Ağdam təmsilçisi ilə yanaşı, daha bir klubun diqqət mərkəzindədir. Bu, yerli “Qo Ehed İqlz” komandasıdır.

Niderlandın U-21 millisinin sabiq üzvü daha çox öz ölkəsinin komandasında oynamağa üstünlük verir.

Qeyd edək ki, Cey Qorter “Pafos”a ötən ilin yayında “Ayaks”dan keçib. Onun Kipr klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir.


Paylaş: