Mendi 5 ay oynamayacaq

  • Bu gün, 10:44

"Real"ın müdafiəçisi Ferlan Mendi 5 ay yaşıl meydanlardan kənarda qalacaq.

Sportlife.az xəbər verir ki, İspaniya La Liqasının 34-cü turunda "Espanyol"a qarşı matçda zədələnən futbolçuya sağ ayağında düz əzələ vətərinin qopması diaqnozu qoyulub.

Mendinin əməliyyat olunacağı gözlənilir.

Futbolçu ötən il də oxşar zədə səbəbindən 7 ay meydandan kənarda qalmışdı. Bu, fransız futbolçunun cari mövsümdə dördüncü zədəsidir. O, cəmi 9 oyunda iştirak edib.


Paylaş: