"Artıq iplər bizim əlimizdə deyil"
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 35-ci turunda "Everton"la 3:3 hesablı heç-heçədən sonra "Arsenal"la çempionluq yarışı barədə danışıb.
Sportlife.az xəbər verir ki, ispan mütəxəssis artıq iplərin öz əllərində olmadığını bildirib:
"Qarşıda finala bərabər dörd oyunumuz var, növbəti matç "Brentford"a qarşı olacaq. Hamısı güclü rəqiblərdir və nə olacağını görəcəyik. Əlbəttə ki, bu oyunlara "Everton"dan əvvəl etdiyimiz kimi, inamla yanaşacağıq".
Qeyd edək ki, bir oyun az keçirən "Siti" lider "Arsenal"dan 5 xal geridədir