Zubirin əvəzinə yeni variant?
Türkiyənin "Karagümrük" klubunda çıxış edən Şavi Babika karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportlife.az transfermrkt-a istinadən xəbər verir ki, qabonlu hücuma meyilli yarımmüdafiəçi "Qarabağ"ın maraq dairəsinə düşüb.
Ağdam təmsilçisinin sol cinah vingerini yayda ayrılması gözlənilən Abdullah Zubirin əsas əvəzləyicisi kimi düşündüyü barədə də xəbərlər var.
Qeyd edək ki, Şavi Babika daha əvvəl ölkəsinin "Manqasport" və "Munana", Ruandanın "Kiyovu Sports", Kiprin "Aris", Fransanın "Tuluza" və Serbiyanın "Srvena Zvezda" komandalarında çıxış edib. Futbolçu bu mövsüm Superliqada 13 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 2022-ci ildən Qabon millisinin formasını geyinən 25 yaşlı vinger 22 oyuna 3 qol vurub.