Donnarumma ən intizamsız qapıçıdır
"Mançester Siti"nin qapıçısı Canluici Donnarumma bu mövsüm Avropanın "Böyük 5-lik" liqlarında ən çox sarı vərəqə alan qolkiperdir.
Sportlife.az xəbər verir ki, italyan futbolçu son olaraq Premyer Liqanın 35-ci turunda "Everton"la 3:3 hesablı heç-heçə zamanı hakimə kəskin etiraza görə xəbədarlıq alıb.
Bu, Donnarummanın mövsümdə yeddinci sarı vərəqəsi olub. Avropanın ən yaxşı 5 liqasında qapıçılar arasında onun ən yaxın izləyicisi "Rayo Valyekano"dan Auqusto Batalyadır (6 sarı vərəqə).
Donnarumma PSJ-dən transfer olunduqdan sonra İngiltərədə ilk mövsümünü keçirir.