Kvaratsxelianın qardaşı "Bavariya"ya keçir
"Bavariya" PSJ-nin futbolçusu Xviça Kvaratsxelianın qardaşı, Tbilisi "Dinamo"sunda oynayan 16 yaşlı Tornike Kvaratsxeliyanı transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, Münhen klubunun nümayəndələri yaxın günlərdə 17 yaşlı oyunçu ilə görüşməlidir. Hazırda o, "Dinamo"nun əvəzedici komandasında oynayır.
Tornike Kvaratsxeliya həmçinin Gürcüstanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının da üzvüdür. Perspektivli futbolçu qardaşı kimi sol cinahda oynayır.
Yeniyetməlik dövründə Xviça Kvaratsxeliya da "Bavariya"nın diqqət mərkəzində olub, hətta 2018-ci ilin aprel ayında sınaq məşqində iştirak edib.