"Ayaks" Slotla danışıqlara başladı
"Ayaks" rəhbərliyi "Liverpul"un baş məşqçisi Arne Slotla ilkin danışıqlar aparıb.
Sportlife.az xəbər verir ki, klub cari mövsümün sonunda "Liverpul"dan ayrılacağı gözlənilən niderlandlı mütəxəssisi baş məşqçi təyin etməkdə maraqlıdır.
Slotun klubdan ayrılması ilə bağlı rəsmi açıqlama verilməyib, lakin növbəti mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, "qırmızılar"ın onunla yolları ayıra bilər.
Hazırda "Ayaks"a əvvəllər klubun gənclər komandasında çalışmış Oskar Qarsiya başçılıq edir. Lakin rəhbərlik onun təyinatını müvəqqəti həll yolu kimi görür.