Kunya son oyunları buraxacaq
"Mançester Yunayted" və Braziliya millisinin hücumçusu Mateus Kunya Premyer Liqanın qalan üç oyununu buraxacaq.
Sportlife.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası klubla 26 yaşlı futbolçunun mövsümün qalan hissəsində oyunlarda iştirak etməməsi barədə razılığa gəlib.
Bu qərar Kunyanın səhhəti ilə bağlı narahatlıqlar səbəbindən verilib, çünki o, dünya çempionatında iştirakını təhlükəyə ata biləcək zədə ala bilər. Buna görə də oyunçunu hər hansı bir riskdən qorumaq üçün ehtiyat tədbirləri görülür.
"Mançester Yunayted" rəhbərliyi Braziliya millisinin xahişini qəbul edib və Kunyaya mövsümün sonuna qədər məzuniyyət verib.