"Real" azarkeşləri Mbappeni istəmir
"Real" azarkeşləri Kilian Mbappenin gedişi üçün işə başlayıb.
Sportlife.az xəbər verir ki, Madrid klubunun fanatları artıq 1 278 219 imza toplayıblar.
Fransız futbolçunun qısamüddətli zədə dövründə İtaliyaya səfəri azarkeşləri özündən çıxarıb.
Kilian Sardiniyada aktrisa Ester Exposito ilə birlikdə görülüb.
Mediada yayılan məlumatlara görə, Mbappenin intizam problemləri var. O, dəfələrlə komanda iclaslarına gecikib. Həmçinin məşq zamanı klub əməkdaşları ilə kobud rəftar edir.