Neymarın qolu qələbəyə yetmədi
Neymar "Santos"un heyətində növbəti qolunu vurub.
Sportlife.az xəbər verir ki, ulduz futbolçu Sudamerikana Kubokunun qrup mərhələsinin IV turunun "Rekoleta" (Paraqvay) ilə səfər görüşündə fərqlənib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
"Santos" 4 turdan sonra D qrupunda 3 xalla sonuncu yerdədir. "Rekoleta"nın isə 4 xalı var.